Bəzi insanlar paltaryuyan maşınları təmizləmək üçün sirkə və çörək sodasının qarışığından istifadə edir.
Demokrat.az xəbər verir ki, bu üsul məişət texnikasını zədələyə bilər.
Kimya mühəndisi nəşrə açıqlamasında bildirib ki, sirkə ilə çörək sodasının birgə istifadəsi paltaryuyan maşının metal hissələrinə zərər vurur. Ekspert qeyd edib ki, təkcə çörək sodası ərp və sabun qalıqlarını aradan qaldırmaq gücündə deyil. Sirkə isə böyük miqdarda istifadə edildikdə qoxuları və mineral çöküntüləri təmizləyə bilir.
Bunun əvəzinə kimya mühəndisi limon turşusundan istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, limon turşusu sirkədən daha güclüdür və yağları, mineral çöküntüləri, eləcə də yuyucu vasitə qalıqlarını daha effektiv şəkildə həll edir.
Ekspert əlavə edib ki, limon turşusu düzgün istifadə olunduqda paltaryuyan maşına və onun hissələrinə zərər vermir.
Kimya mühəndisi paltaryuyan maşının necə düzgün təmizlənəcəyini də izah edib:
* Barabana 4 xörək qaşığı limon turşusu tozu əlavə edin;
* Daha sonra uzun yuma proqramını seçin.
Ekspertin sözlərinə görə, bu üsul həm təmizləyir, həm dezinfeksiya edir, həm də xoşagəlməz qoxuları aradan qaldırır. O bildirib ki, paltaryuyan maşın hər 3-4 aydan bir təmizlənməlidir.
27.05.2026, 06:56
99
baxış
Zara Editor