Medianews.az
Netanyahudan Livan barədə təcili qərar -
81 baxış

Netanyahudan Livan barədə təcili qərar - “Əməliyyat genişləndirilir”

“İsrail Müdafiə Qüvvələri (IDF) strateji ərazilərə nəzarəti tam ələ keçirmək məqsədilə Livanın cənubundakı hərbi əməliyyatların miqyasını genişləndirir”.

Medianews.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Təhlükəsizlik Kabinetinin iclasından öncə etdiyi çıxışda bəyan edib.

Hökumət başçısı Livan cəbhəsindəki yeni mərhələni elan edib:

“Birbaşa göstərişimə uyğun olaraq Livandakı hərbi əməliyyatı genişləndiririk. Ordumuz hazırda bölgədə böyük qüvvələrlə fəaliyyət göstərir və strateji əhəmiyyətli əraziləri nəzarətə götürür. Biz İsrailin şimalındakı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün bu bufer zonanı daha da gücləndiririk”.

Xatırladaq ki, cari ilin fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq bir sıra strateji şəhərlərə ağır hava zərbələri endirmişdi. Həmin gün həyata keçirilən bombardmanlar nəticəsində İranın Ali rəhbəri Ayətullah Əli Xamenei öldürülmüşdü. Rəsmi Tehran isə buna cavab olaraq İsrail ərazisini raket atəşinə tutmuş və Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına kütləvi hücumlar təşkil etmişdi.

Gərgin döyüşlərin ardınca isə İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik müvəqqəti atəşkəs barədə razılığa gəlmişdilər. ABŞ Prezidenti Donald Tramp isə daha sonra bu atəşkəsi qeyri-müəyyən müddətə uzatdığını bəyan etmişdi.//qafqazinfo

Bizə qoşulun