Medianews.az
Paltaryuyan maşının içindən
69 baxış

Paltaryuyan maşının içindən pişik çıxdı

Çində paltaryuyan maşının içinə girən pişik 10 dəqiqəlik yuyulma dövründən sonra sağ qalıb. 

Medianews.az xəbər verir ki, hadisə Jiangsu əyalətində baş verib. 

Jintiao adlı pişik paltaryuyan maşının barabanına girəndə sahibi onu görməyib. Qadın yalnız paltarları maşından çıxaranda pişiyi aşkar edib. Pişiyin burnu qızarıb və pəncələrində kiçik qançırlar əmələ gəlib.

Heyvanın videosu 217 mindən çox bəyənmə toplayıb və qızğın müzakirələrə səbəb olub: bəziləri sahibini diqqətsizlikdə və qəddarlıqda günahlandırıb, digərləri isə istifadə etməzdən əvvəl barabanı həmişə yoxlamağı məsləhət görüb.

Sahib gələcəkdə daha diqqətli olacağına söz verib. Ev heyvanını daxili zədə müayinəsi üçün baytara aparıb-aparmadığı ilə bağlı sualları isə cavablandırmayıb.

Medianews.az

Bizə qoşulun