Medianews.az
Özünə
50 baxış

Özünə süni intellekt agenti yaradır

Mark Zuckerberg öz işini asanlaşdırmaq üçün süni intellekt agenti yaradır.

Medianews.az bildirir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Bildirilir ki, yaradılan süni intellekt agenti artıq şirkət daxilində bir neçə əməkdaş arasında axtarış tələb edən məlumatları daha sürətli əldə etmək üçün istifadə olunub. Nəşrin məlumatına görə, Zukerberq gələcəkdə hər bir "Meta" əməkdaşının şəxsi süni intellekt agentinə sahib olmasını istəyir.

Hazırda şirkətdə təxminən 78 min nəfərin çalışdığı qeyd olunur və süni intellekt texnologiyalarının tətbiqi rəqabət qabiliyyətinin artırılması baxımından vacib hesab edilir.

Bundan başqa, "Meta"nın süni intellekt texnologiyalarını sosial media platformalarında daha geniş tətbiq etməyi planlaşdırdığı bildirilir.

Bizə qoşulun