Medianews.az
Bu yaşda olanların ağıllı telefon istifadəsinə
45 baxış

Bu yaşda olanların ağıllı telefon istifadəsinə qadağa qoyulacaq

Rusiyada uşaqların smartfon istifadəsinə məhdudiyyət tətbiq oluna bilər.

Medianews.az  xəbər verir ki, ölkənin Təhsil Nazirliyi müəyyən yaşa qədər uşaqların mobil telefon və digər rəqəmsal cihazlardan istifadəsinə məhdudiyyətlərin qoyulmasını müzakirə edir.

Nazirlik hesab edir ki, xüsusilə erkən yaşlarda uşaqlara smartfon və planşet verilməsi onların inkişafına mənfi təsir göstərə bilər.

Təhsil naziri bildirib ki, üç yaşından etibarən uşağı sakitləşdirmək və ya yayındırmaq məqsədilə ona telefon verilməsi düzgün yanaşma deyil. Onun sözlərinə görə, bu cür vərdişlər uşağın psixoloji inkişafına mənfi təsir edir.

Qeyd edək ki, məsələ ilə bağlı müzakirələr davam edir və yekun qərarın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Bizə qoşulun