"Qalatasaray"ın hücumçusu Viktor Osimhen dünya futbolunda fiziki gücü və atletik bacarıqları ilə diqqət çəkməyə davam edir.
Medianews.az xəbər verir ki, nigeriyalı forvardın "Fənərbaxça" ilə son qarşılaşmada göstərdiyi performans xüsusilə sosial mediada geniş müzakirə olunub.
Osimhen oyunun bir epizodunda təxminən 2.81 metr hündürlüyə qalxaraq inanılmaz tullanış nümayiş etdirib.
Futbol ictimaiyyətində uzun illərdir ən yüksək tullanış rekordu Kriştiano Ronaldoya məxsus hesab edilir. Portuqaliyalı ulduz daha əvvəl 2.93 metr hündürlüyə qalxaraq tarixi nəticə əldə etmişdi.
Osimhenin son göstəricisi Ronaldo rekorduna bir qədər çatmasa da, onun fiziki hazırlığının və partlayıcı gücünün nə qədər yüksək olduğunu bir daha ortaya qoyub.
Medianews.az

