Antalyanın Serik rayonunda orta məktəbdə baş verən zorakılıq hadisəsi Türkiyə ictimaiyyətini silkələyib.
Medianews.az xəbər verir ki, qız və oğlanlardan ibarət 11 nəfərlik şagird qrupu məktəbin oyun meydançasında bir qız şagirdi döyərək ciddi zorakılığa məruz qoyub.
Şagirdlərin bəzilərinin hadisəni mobil telefonla çəkməsi qalmaqalı daha da böyüdüb.
Zərərçəkən şagirdin ailəsi hadisədən sonra polisə müraciət edib. Polis tərəfindən aparılan araşdırma zamanı zorakılıq anlarının mobil telefon kamerası ilə qeydə alındığı üzə çıxıb. 11 şagirddən ifadə alınıb və onlar daha sonra prokurorluğa göndərilib. İfadələri alındıqdan sonra uşaqlar sərbəst buraxılıb.
Sözügedən hadisənin görüntülərini təqdim edirik.
Medianews.az