Medianews.az
Onlara 4000 manat veriləcək -
72 baxış

Onlara 4000 manat veriləcək - SİYAHI

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.

Medianews.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, sözügedən məvacib komissiya üzvlərinə 2025-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində layihələrin qiymətləndirilməsinə görə veriləcək.

Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:

1. Quliyev Elçin Musa oğlu,

2. Salayev Ayaz Ramiz oğlu,

3. Məmmədova Şəfiqə Haşımovna,

4. Məmmədov Nəriman Kamileviç,

5. Məmmədov Hikmət Baba oğlu,

6. Məmmədov Vüsal Fəxrəddin oğlu.

Onlara 4000 manat veriləcək (SİYAHI)

Bizə qoşulun