Medianews.az
Ömürlük həbs cəzası almış şəxs pensiyaya necə çıxa bilər? -
83 baxış

Ömürlük həbs cəzası almış şəxs pensiyaya necə çıxa bilər? - AÇIQLAMA

Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Medianews.az bu mövzu ilə bağlı məlumatı təqdim edir:

Müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin əmək pensiyasının təyin olunması üçün müraciətlərinə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq MEİS-ə ötürülən aşağıdakı məlumatlar əsasında baxılır:

1. məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix;

2. cəzaçəkmə müddəti;

3. cəzaçəkmə müddətinin başlandığı və bitəcəyi tarix;

4. cəza çəkilmə yeri;

5. məhkumun şəxsi hesabının nömrəsi;

6. məhkumun yerdəyişmələri haqqında məlumat.

Xidməti həyata keçirən struktur bölmələr -

1. "DOST" mərkəzləri

2.Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələri. 

Xidmət üzrə daxil olan müraciətlərin formaları:

1. Nümayəndə vasitəsi ilə müraciət edilərkən etibarnamə ilə;

2. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.

Bizə qoşulun