Medianews.az
Millimizin üzvü Daşkənddə bürünc medal qazandı -
72 baxış

Millimizin üzvü Daşkənddə bürünc medal qazandı - FOTOLAR

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında bürünc medal qazanıb.

Medianews.az  xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib.

Kaspiaroviç pley-offda Özbəkistan təmsilçisi Samira Şokirova (15:6), Venesuela sablyaçısı Katerina Paredes Torres (15:11), ukraynalı Alina Komaşçuk (15:14) və ispaniyalı Araceli Navarronu (15:13) məğlub edərək ən güclü “səkiizliy”ə yüksəlib. O, yarımfinal uğrunda keçirilən qarşılaşmada neytral bayraq altında çıxış edən Anastasiya Şorokovanı 15:10 hesabı ilə üstələyb.

Palina Kaspiaroviç final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzaraq üçüncü olub.

Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb. Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub.

Qadın sablyaçılarımız sabah komanda yarışında ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada ABŞ yığması ilə qarşılaşacaq.



Bizə qoşulun