Hindistanın Tamil Nadu ştatında mənzilə daxil olan oğru gördükləri qarşısında heyrətə gəlib.
Musavat.com xəbər verir ki, hadisə zamanı cinayətkar evdən cəmi 2 min rupi (təxminən 41 AZN) tapıb.
Qənimətin azlığından əsəbiləşən oğru ev sahibinə istehzalı yazılı məktub qoyub.
Məktubda o, ev sahibinə tövsiyə edib ki, “evdə az-çox pul saxlasın ki, bir gün kimsə oğurluğa gələndə məyus olmasın”.
İroniya bununla bitməyib. Evdə bir neçə müşahidə kamerası quraşdırıldığını görən oğru əlavə edib: “Pul yoxdursa, bu qədər kamera nəyə lazımdır?”
Məlumata görə, oğru kameralardan qorunmaq üçün təhlükəsizlik sistemini sıradan çıxarıb və sərt diski məhv edib.