Müğənni Sevda Kazımova oğlunun toyunda geyindiyi açıq-saçıq libasın sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.
"Öz aramızda" verilişində qonaq olan sənətçi sinə dekolteli geyiminə görə gözlənilmədən linç olunduğunu deyib.
O, yaşananlarla bağlı bunları danışıb:
"Toyda o qədər ora-bura qaçdım ki, paltar sürüşdü. Soyunub-geyinməyə vaxt olmadı. Mən də ağ geyinmişdim, bu da mənim zövqüm idi".
Qeyd edək ki, Kazımovanın toy mərasimindən yayılan görüntüləri izləyicilər arasında geniş müzakirələrə səbəb olmuşdu.