Medianews.az
Neymar zədələndiyi üçün 2026-cı ilədək
87 baxış

Neymar zədələndiyi üçün 2026-cı ilədək meydana çıxmayacaq

Braziliyanın "Santos" klubunun futbolçusu Neymar menisk zədəsi aldığı üçün 2026-cı ilədək oyunlara çıxa bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə yerli "Globo" nəşri məlumat yayıb.

33 yaşlı hücumçu A Seriyasının XXXV turunda "İnternasional"la matç ərəfəsində sol dizində ağrı hiss edib və qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb.

Ulduz oyunçunun növbəti görüşdə sıraya dönəcəyi gözlənilsə də, zədəsi ciddi olub. Nəticədə Neymar A Seriyasında qalmaq uğrunda mübarizə aparan komandasına son üç matçda kömək edə bilməyəcək.

Qeyd edək ki, Neymarın "Santos"la müqaviləsinin müddəti cari ilin sonunda başa çatacaq.

Bizə qoşulun