Braziliyanın "Santos" klubunda çıxış edən məşhur futbolçu Neymar uzun müddətdən sonra het-trik edib.
Medianews.az xəbər verir ki, 33 yaşlı hücumçu A Seriyasının 37-ci turunda "Yuventude"ni məğlub etdikləri matçda gündəm olub.
Belə ki, matçda bütün qolların müəllifi Neymar olub.
Neymar sonuncu dəfə 2022-ci ilin aprel ayında PSJ-də çıxış edərkən "Klermon"la qarşılaşmada bunu etmişdi.
Məlumat üçün bildirək ki, Neymar bu mövsüm "Santos" forması ilə 29 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl onun sol dizindən zədə aldığı və buna görə mövsümün qalan hissəsini buraxacağı deyilirdi. Lakin Neymar sonradan zədəsinin ciddi olmadığını bildirmişdi.
Medianews.az