Medianews.az
Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb?
89 baxış

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb?

Tanınmış teleaparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən qaçdığı iddia olunur.

Bu barədə reabilitasiya mərkəzindən məlumat verilib.

Bildirilib ki, bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən Nəsimi Nəbizadə müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb. Reabilitasiya mərkəzinin rəhbərliyinin açıqlamasına görə, aparıcı gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazini tərk edib.

Mərkəzin rəhbərliyi Nəsimi Nəbizadənin öz istəyi ilə müalicəni yarımçıq qoyduğunu vurğulayaraq, onun başına gələ biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyət daşımadıqlarını bəyan edib.

Hazırda Nəsimi Nəbizadənin harada olduğu barədə rəsmi məlumat açıqlanmayıb.

Musavat.com aparıcı ilə əlaqə saxlamağa çalışsa da , o , zənglərimizə cavab verməyib.

Bizə qoşulun