Medianews.az
Nəhəng piton kişiyə hücum etdi –
60 baxış

Nəhəng piton kişiyə hücum etdi – ANBAAN VİDEO

Hindistanda uzunluğu 3,5 metrdən çox olan piton elektrik stansiyasının işçisinə hücum edib.

Medianews.az xəbər verir ki, hadisə Racastan əyalətinin Kota şəhərində istilik elektrik stansiyasında baş verib.

Hücum “Krishna Engineering” şirkətinin əməkdaşı Nand Sinq otların altından keçən boru kəmərinin klapanını açmağa gələndə baş verib. Uzunluğu 3,5 metrdən çox olan ilan orada gizlənərək qəflətən onun üstünə atılıb. Kişi qışqıraraq köməyə çağırıb.

Sinqin həmkarları hadisə yerinə təxminən 20 dəqiqə sonra gəliblər. Kişini xilas etmək üçün onlara təxminən 10 dəqiqə lazım olub. Ətrafdakılardan biri hadisəni videoya çəkib.

Sinqi xilas etdikdən sonra elektrik stansiyasının işçiləri pitonu döyüblər. Nəşrin məlumatına görə, sürünən ciddi xəsarət alıb.

Həmin videonu təqdim edirik: https://www.indiatoday.in/india/video/watch-12-foot-python-attacks-man-wraps-around-his-leg-in-rajasthans-kota-2825578-2025-11-25

Medianews.az

Bizə qoşulun