Samir Abasov ilə yolları ayıran "Neftçi" yeni baş məşqçi arayışını davam etdirir.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın bir nömrəli namizədi Yuri Vernidubdur.

Hazırda onu Bakıya gətirmək üçün intensiv danışıqlar gedir. 59 yaşlı mütəxəssis son olaraq "Krivbass"ı çalışdırıb.

O, baş məşqçi kimi 1 dəfə Belarus, 1 dəfə isə Moldova çempionu olub.

Qeyd edək ki, "Neftçi" mətbuatda yazılanların əksinə, nə Abdullah Avcı, nə də Viktor Qonçarenko ilə danışıqlar aparmır.

(azerisport.com)