Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.
Medianews.az xəbər verir ki, "Neftçi" "Palms Sports Arena"da "Şamaxı" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
Bu nəticədən sonra "Neftçi" 53 xalla dördüncü yerdə qalıb. "Şamaxı" isə 35 xalla səkkizinci pillədədir.
İlk matçda "Turan Tovuz" "Karvan-Yevlax"ı minimal hesabla məğlub edib - 1:0.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 1:0, "Sumqayıt" "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib, "Qəbələ" "Qarabağ"la 1:1, "İmişli" isə "Zirə" ilə 0:0 hesablı heç-heçəyə razılaşıb./unikal