Medianews.az
Ermənistanda seçkiyə
58 baxış

Ermənistanda seçkiyə kim diktə edəcək?

"Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkisi ilə bağlı siyasi proseslər irəlilədikcə bu ölkənin kolonial dövlət olduğu yenidən üzə çıxır. Çünki yalnız zəif dövlətlər uğrunda qlobal güclər mübarizə apararaq, onları öz iradəsinə tabe etdirməyə çalışırlar. Yəni bu gün Ermənistan güclü olsaydı, seçki prosesinə də xarici təsirlər bu qədər güclü olmazdı".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanda görünən iki tərəf var - Qərb və Rusiya:

Ermənistanda seçkiyə kim diktə edəcək?

"Hər iki tərəf Ermənistanı özünün təsir zonasına daxil etməyə çalışır. Ona görə də bu ölkə uğrunda geosiyasi rəqabət getdikcə daha da dərinləşir. Ancaq məsələ ondadır ki, bu mübarizədə Amerika Birləşmiş Ştatları amili də var və bütün aktorların davranışlarını, atdıqları real addımları analiz etsək, görəcəyik ki, üstünlük hələ ki rəsmi Vaşinqtonun tərəfindədir. Ona görə ki, 2018-ci ildən bu günə qədər davam edən hakimiyyətin hamisi də məhz ABŞ-dir".

"Digər tərəfdən, Ermənistanın gələcəkdə ayaqda qalması üçün ona iqtisadi və enerji təminatı verməyə hazırlaşan və bunu real hüquqi əsaslarla həyata keçirməyə çalışan da Birləşmiş Ştatlardır. ABŞ Ermənistanın enerji müstəqilliyini təmin etmək üçün bu ölkədə modul tipli atom elektrik stansiyaları tikmək istəyir. Hətta daxili proseslərə nəzarət etmək üçün Ermənistandakı səfirliyini faktiki olaraq bazaya çevirib. Ona görə də hər iki tərəfin mübarizəsi kontekstində ABŞ bir addım öndədir.

Bu baxımdan, düşünürəm ki, seçkidə də, ondan sonra baş verəcək hadisələrlə bağlı da Birləşmiş Ştatlar diktə edəcək. Yox, əgər Rusiyanın klassik güc müdaxiləsi olsa, o zaman vəziyyət dəyişə bilər. Amma hələlik görünən odur ki, Moskva buna hazırlaşmır, iqtisadi alətlərlə açıq şəkildə Ermənistanı təhdid edir və Rusiya prezidenti də bunu birbaşa ifadə edir. Ona görə də kimin daha qətiyyətli addım atacağı Ermənistanın da, regionun da gələcəyinə təsir edəcək", - deyə MM üzvü əlavə edib.

Bizə qoşulun