Medianews.az
Nazir söz verdi: “Bütün şəhid ailələri və müharibə əlilləri…”
22 baxış

Nazir söz verdi: “Bütün şəhid ailələri və müharibə əlilləri…”

Birinci plenar iclasda sual qalxmışdı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə əlilləri üçün mənzil və yaxud fərdi evlərin inşasından maraqlı deyil. Bu, belə deyil.

Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, şəhid ailələrinin və müharibə əlillərinin mənzil, məişət şəraitinin yaxşılaşdırılması üçün iki proqram icra edilir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proqramları icra etmək üçün kifayət qədər vəsaitə malikdir, proqrmalar dayandırılmayıb və davam etdirilir. Nazirlik ölkə üzrə yeni inşa edilmiş çoxmənzilli binalarda mənzillərin alışını həyata keçirir və bu məqsədlə müvafiq tenderləri elan edirik. Ümumilikdə bu proqram çərçivəsində 15,7 min mənzil və fərdi evlərin verilməsi təmin edilib. 2018-2025-ci illərdən bu kateqoriyadan olan şəxslərə 10 min mənzil və fərdi evlərin verilməsini təmin etmişik. Post-müharibə dövründə 6,9 min mənzil verilməsini təmin etmişik. Cari ildə isə bu məqsədlər üçün 400-ə yaxına mənzilin alınmasını təmin edəcəyik. Dağlıq və dağətəyi rayonlarda coğrafi çətinliklər nəzərə alınaraq növbəti ildən həmin rayonlarla bağlı xüsusi yanaşma tətbiq olunacaq. Mənzil-məişət şəraitin yaxşılaşdırılmasına ehtiyacı olan mənzil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin olunacaqlar”.

Bizə qoşulun