Medianews.az
“Nana” iddialara göz yaşı içində cavab verdi -
44 baxış

“Nana” iddialara göz yaşı içində cavab verdi - "Qalxa bilmirəm”+VİDEO

Türkiyəli aktrisa Evrim Akın “Bez Bebek” serialının “Yağmur”u Asena Keskincinin qalmaqallı iddialarına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, aktrisa bu məsələ ilə bağlı ilk dəfə açıqlama verib və emosional anlar yaşayıb.

O, açıqlaması zamanı göz yaşlarını saxlaya bilməyib:

“Çox utanıram, ona görə ki, mən bu günə kimi heç bir qalmaqalla, pis işlə gündəmə gəlmədim. Bu artıq sinirlərimi çox pozub, inanın ki, oturduğum yerdən qalxa bilmirəm. Sizə yaxşılıqdan başqa nə etdim?”

Xatırladaq ki, Asena Keskinci iddia edib ki, Evrim Akın anasından atasının telefon nömrəsini alaraq onları barışdıracağını deyib, lakin daha sonra atası ilə münasibət qurub.

Daha ətraflı aşağıdakı linkdə:

https://youtu.be/SHIKG0C1JGQ?si=uWIa3yFY4cRU_omK

Bizə qoşulun