Rusiyanın paytaxtı Moskvada güclü partlayış baş verib.
Sfera.az xəbər verir ki, partlayış nəticəsində iki Yol Patrul Xidməti (DPS) əməkdaşı ölüb.
Daha iki nəfərin isə ağır yaralandığı bildirilib.
Məlumata görə, partlayış Moskvanın cənubunda yerləşən Yeletskaya küçəsində qeydə alınıb.