Medianews.az
Molla cənazə namazında huşunu itirdi -
67 baxış

Molla cənazə namazında huşunu itirdi - VİDEO

Türkiyədə dəhşətli hadisə baş verib.

28 yaşlı ər-arvad və onların 8 aylıq körpəsi yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

İlkin məlumata görə, hadisə ailənin yaşadığı mənzildə baş verib. Ehtimal olunur ki, qaz sızması və ya soba sistemində yaranan nasazlıq faciəyə səbəb olub. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ailə üzvlərinin həyatını xilas edə bilməyib.

Gənc ailənin vaxtsız ölümü yaxınları və qonşuları arasında böyük kədər yaradıb. Sosial şəbəkələrdə də hadisə ilə bağlı çoxsaylı başsağlığı paylaşımları edilib.

Faciə bununla da bitməyib. Mərhumların cənazə mərasimi zamanı namazı qıldıran din xadimi hadisənin təsirindən özünü pis hiss edib. Bildirilir ki, körpənin tabutunu gördükdən sonra molla huşunu itirərək yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin stabil olduğu qeyd olunur.

Ölənlərin qardaşı, gəlinləri və uşaqları olduğu bildirilib.

Mütəxəssislər bir daha vətəndaşlara qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, mütəmadi texniki baxış keçirməyi və qaz detektorlarından istifadə etməyi tövsiyə edirlər./Milli.Az

Bizə qoşulun