Misli Premyer Liqasının 27-ci turunda "Qarabağ" səfərdə "Şamaxı"nın qonağı olub.
Medianews.az "Yeni Sabah"-a istiadla xəbər verir ki, oyunda hesab açılmayıb - 0:0.
"Qarabağ" (56 xal) lider "Sabah"ın (65 xal) ardınca turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Şamaxı" isə 32 xalla yeddincidir.
Qeyd edək ki, turun ilk görüşündə "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.