100 000 il əvvəl ABŞ-də yoxa çıxan Menli gölü indi yenidən Ölüm vadisində peyda olub.
Oxu.Az "Fox News"a istinadən xəbər verir ki, ərazidəki rekord miqdarda yağışlardan sonra su hövzəsi canlanıb.
Alimlərin fikrincə, göl bir vaxtlar 257 kilometrədək uzanıb və təxminən 200 metr dərinliyə çatıb. Böyük buzlaşma dövründə formalaşmış gölü iqlimin istiləşməsi nəticəsində quruyub.
Məlumata görə, sentyabrdan dekabr ayına qədər Ölüm vadisinə 61.2 santimetr yağış düşüb ki, bu da adətən əraziyə bir il ərzində düşən yağışdan daha çoxdur.