Medianews.az
Məzunların kəndlərə məcburi göndərilməsi:
77 baxış

Məzunların kəndlərə məcburi göndərilməsi: 5 il işləməyən diplomdan məhrum ediləcək

Rusiyada aqrar sahədə kadr çatışmazlığının aradan qaldırılması üçün sərt təklif irəli sürülüb. Deputat Oleq Buqakovun fikrincə, problemin həlli gənclərin kəndlərə cəlb olunması və hətta “tüfeyli həyat tərzi” ilə bağlı qanunun qəbulundan keçir.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, aqrar universitetlərin məzunları üçün kənd yerlərində ən azı 5 illik məcburi işləmə tətbiq olunmalıdır. Onun sözlərinə görə, bu tələbi yerinə yetirməyən şəxslər ali təhsil diplomunu itirməlidir.

Buqakov vurğulayıb ki, kənd təsərrüfatında kadr böhranı artıq sistemli problemə çevrilib və radikal addımlar atılmadan vəziyyəti dəyişmək mümkün deyil.

Bizə qoşulun