Nyu-York metrosunda dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, naməlum şəxs qatarda yuxuya gedən 56 yaşlı sərnişinin şalvarını yandıraraq ağır cinayət törədib.
Hadisə dekabrın 1-də, saat 03:05 radələrində Penn stansiyasında qeydə alınıb.
Məlumata görə, hücum edən şəxs sərnişinin yanan paltarı ilə çətin vəziyyətdə qalmasına baxmayaraq, dərhal qaçaraq hadisə yerini tərk edib. Yaralı kişi xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Nyu-York Polis Departamenti (NYPD) hadisə ilə bağlı təhlükəsizlik kamerasından əldə edilən görüntüləri sosial mediada paylaşaraq cinayətkarın axtarışına başlayıb. Polis ictimaiyyətdən şübhəlinin tapılması üçün kömək istəyir.
Hadisə şəhərdə ciddi narahatlıq yaradıb və metro təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Medianews.az