Medianews.az
Metrobusda dava:
54 baxış

Metrobusda dava: qadın kişiyə hücum etdi

Türkiyədə metrobusda gənc qadın ona qarşı qeyri-etik hərəkətlər etdiyini iddia etdiyi kişiyə hücum edib.

Medianews.az xəbər verir ki, hadisə İstanbulda baş verib.

Digər sərnişinlər qadını sakitləşdirməyə çalışıblar. Təcavüzkar olduğu iddia edilən şəxs də kameralara tuş gəlib. 

Hadisənin təfərrüatları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Metrobüs xidmətlərində qısamüddətli gərginlik yaşandığı bildirilib.

Təhlükəsizlik əməkdaşlarının müdaxiləsi ilə vəziyyət nəzarətə götürülüb. 

Medianews.az

Bizə qoşulun