Medianews.az
Metro tikilən ərazi belə dəyişəcək -
134 baxış

Metro tikilən ərazi belə dəyişəcək - VİDEO

"İçərişəhər" stansiyasının arxasında dönmə tuneli tikiləcək.

Milli.Az xəbər verir ki, Bakıda metro infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində "İçərişəhər" stansiyasının arxasında dönmə tunelinin tikintisinə başlanır. Layihə qırmızı xətt üzrə qatarlararası intervalların azaldılmasına və sərnişinlərə xidmətin yaxşılaşdırılmasına yönəlib.

Məlumata görə, hazırda qatarların eyni platformadan geri dönməsi təhlükəsizlik baxımından intervalın azaldılmasına imkan vermir. Yeni dönmə tuneli bu problemi aradan qaldıracaq.

Dönmə tunelinin inşası çərçivəsində əvvəllər avtomobil dayanacağı kimi istifadə olunan ərazinin yeraltı hissəsində 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinq tikiləcək. Yerüstü sahə isə piyada zonası və yaşıllıq kimi istifadə olunacaq.

Yəni layihə yalnız metro hərəkətinin yaxşılaşdırılmasını deyil, ərazidə parklanma probleminin qismən həllini və mühitin abadlaşdırılmasını da nəzərdə tutur.

Layihəyə əsasən, sərnişinlər düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönəldiləcək və oradan "Həzi Aslanov" istiqamətində hərəkət edəcək. Bununla bufer zonası ləğv olunacaq və qatarların hərəkəti daha çevik təşkil ediləcək.

Qeyd olunur ki, dönmə tuneli yalnız texniki məqsədlərə xidmət edəcək və sərnişinlər üçün yeni giriş yaratmayacaq. Tikinti müddətində "İçərişəhər" stansiyası normal rejimdə fəaliyyətini davam etdirəcək, ətraf küçələrdə isə nəqliyyatın hərəkəti məhdudlaşdırılmayacaq.

Bizə qoşulun