Medianews.az
Mətbəxdəki ən çirkli əşyadır — Alternativi tapıldı
86 baxış

Mətbəxdəki ən çirkli əşyadır — Alternativi tapıldı

Əksəriyyətimizin istifadə etdiyi adi köpük süngər əslində evdəki ən çirkli əşyalardan biridir.

Demokrat.az xəbər verir ki, mətbəxdə geniş istifadə olunan süngərlər getdikcə daha təhlükəli və qeyri-gigiyenik hesab olunduğu üçün onların yerinə yeni alternativlər gündəmə gəlir. Adi süngərlər əslində evdəki ən çirkli əşyalardan biri sayılır. Onların məsaməli quruluşu bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır, çünki süngər daim nəm qalır. Bu səbəbdən zamanla yaranan xoşagəlməz qoxu içəridə qida qalıqlarının çürüməsi və mikroorqanizmlərin aktivliyi ilə izah olunur.

Məqalədə qeyd olunur ki, gigiyena problemləri ilə yanaşı, adi süngərlər estetik baxımdan da artıq köhnəlmiş hesab edilir. Parlaq neon rənglər müasir mətbəx dizaynında vizual uyğunsuzluq yaradır və lavabo zonasının görünüşünü pozur.

Son dövrdə isə köhnə üsulun yerini təkmilləşdirilmiş bir vasitə tutur - təbii liflərdən hazırlanmış taxta fırçalar. 

Bu fırçalardan istifadə edənlərin rəylərinə əsasən, onların bir sıra üstünlükləri var:

* Fırçanın quruluşu sayəsində hava tüklər arasında sərbəst dolaşır və o, tez quruyur, bu da kif və bakteriya yaranmasının qarşısını alır.

* Uzun və erqonomik sap əlləri yağlı sudan və güclü yuyucu vasitələrdən qoruyur, eyni zamanda dırnaqların və dərinin zədələnməsinin qarşısını alır.

* Təbii ağac və bitki mənşəli liflər minimalist və ekoloji dizayna uyğun görünüş yaradır.

* Müasir modellərdə dəyişdirilə bilən başlıqlar da mövcuddur — fırça köhnəldikdə yalnız ucluq dəyişdirilir, bu isə həm qənaət, həm də uzunmüddətli istifadə imkanı yaradır.

Bu tip alətlərin baxımı da sadədir: uzun müddət suda saxlanmamalı, tükləri aşağı vəziyyətdə qurudulmalı və ildə bir dəfə sap hissəsi adi yağla yüngülcə yağlanmalıdır.

Bizə qoşulun