Medianews.az
“Met Qala”da 30 kiloqramlıq “şar üfürən” libas diqqət çəkdi –
106 baxış

“Met Qala”da 30 kiloqramlıq “şar üfürən” libas diqqət çəkdi – VİDEO

Dünyanın ən nüfuzlu moda tədbirlərindən olan “Met Qala”da bu il də qeyri-adi dizaynlar nümayiş olunub.

Medianews.az xəbər verir ki, “Kostyum sənəti” mövzusu çərçivəsində keçirilən gecədə ən çox diqqət çəkən obrazlardan biri çinli olimpiya çempionu Eileen Qu olub.

O, məşhur dizayner İris van Herpen tərəfindən hazırlanan, ümumilikdə 2550 saat ərzində tamamlanan xüsusi libasla qırmızı xalçada görünüb. Təxminən 30 kiloqram ağırlığında olan geyim 15 min şüşə “şar” detalı ilə hazırlanıb.

Libası fərqləndirən əsas xüsusiyyət isə onun gecə boyunca davamlı şəkildə şar effekti yaratması olub. Texnologiya və sənətin birləşdiyi bu dizayn sosial şəbəkələrdə geniş rezonans doğurub və moda dünyasında ən çox müzakirə edilən obrazlardan birinə çevrilib.

Medianews.az

Bizə qoşulun