Rusiyalı reper Face (əsl adı İvan Dremin, Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısındadır) barəsində cinayət işi açılıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, iş xarici agent kimi vəzifələrdən yayınma maddəsi ilə açılıb.
Reper 2022-ci ilin aprelində xarici agent təyin edilib, elə həmin il Rusiyanı tərk edib.
Sənətçinin nəşrlərinə qanuna uyğun etiket qoymadığı qeyd edilir.
Medianews.az