Flamenko və pop musiqisini birləşdirən yaradıcılığı ilə böyük şöhrət qazanan ispan müğənnisi Enkarnita Polo qaldığı qocalar evində qətlə yetirilib.
Medianews.az xəbər verir ki, hadisə İspaniyanın Avila bölgəsində baş verib.
İlkin məlumata görə, 86 yaşlı sənətçi gecə saatlarında qətlə yetirilib. Məlum olub ki, onu qocalar evinin 76 yaşlı sakini boğub öldürüb. Hadisə ölkədə böyük rezonans doğurub.
“Pepa Bandera” və “Paco, Paco, Paco” kimi məşhur mahnıların ifaçısı olan Polo Portuqaliya, Fransa və İtaliyada da geniş tanınırdı. Sənətçinin gizli şəkildə dəfn edilməsi isə mübahisələrə səbəb olub. Sosial şəbəkələrdə bəzi istifadəçilər müğənninin qızı Rakeli anasını tək buraxmaqda günahlandırıblar.
Medianews.az

