Uzun müddət “uşaq istəmirəm” deyenən müğənni İrem Derici fikrini dəyişib.
Medianews.az xəbər verir ki, sənətçi bu sözlərini konsertində deyib.
Hazırda DJ Melih Kunukçu ilə evliliyə hazırlaşan müğənni, “Hazırda uşağı çox istəyirəm, görək bədənim buna imkan verəcəkmi?” deyərək övlad arzusunu ifadə edib. O, həmçinin zarafatla, “Mənim kimi əsəbi və sözünü gizlətməyən biri üçün kiçik, dikbaş bir övlad pis olmaz” sözlərini söyləyib.
Açıqlamalar sosial şəbəkədə geniş müzakirə olunub.
Medianews.az