Medianews.az
Məşhur futbolçudan boşanma iddialarına
87 baxış

Məşhur futbolçudan boşanma iddialarına CAVAB - FOTOLAR

Sosial şəbəkələrdə Türkiyənin “Fənərbaxça”lı futbolçusu Cenk Tosunun həyat yoldaşından boşanacağına dair şaiələr yayılıb.

Medianews.az xəbər verir ki, Cenk Tosun susqunluğunu pozaraq söz-söhbətə son qoyub.

"Ailə həyatına üstünlük verən futbolçu kimi boşandığımızla bağlı tamamilə əsassız xəbər məni heyrətə saldı. Xoşbəxt evliliyimiz, dinc evimiz var.

Heç bir araşdırma aparılmadan və həyat yoldaşımı necə incidəcək, övladlarıma necə təsir edəcəyini düşünmədən belə əsassız iddiaların irəli sürülməsini qəbul edə bilmərəm. İctimaiyyətə bildirmək istəyirəm ki, bu məsələ ilə bağlı bütün qanuni hüquqlarımdan istifadə edəcəyəm. Hörmətlə, Cenk Tosun”, - deyə futbolçu yazıb. 

Qeyd edək ki, Cenk 2018-ci ildə Ece Tosunun ilə ailə həyatı qurub və cütlüyün iki övladı var.

Medianews.az

Bizə qoşulun