Kolumbiyada motosiklet videoları ilə tanınan 25 yaşlı sosial media fenomeni Karen Sofiya Kiroz Rameres dəhşətli yol qəzasında həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Floridablanca şəhərində baş verib.
İlkin məlumata görə, K. Rameres motosikletin idarəetməsini itirərək tıra çırpılıb. Zərbədən sonra isə başqa bir yük maşınının altında qalıb.
Kolumbiya Nəqliyyat İdarəsinin nümayəndəsi Cahir Andres qəzaya “iki nəqliyyat vasitəsi arasında zolaq dəyişmə manevrinin” səbəb ola biləcəyini bildirib.
Hadisə sosial şəbəkələrdə böyük rezonans yaradıb. Çünki K. Rameres qəzadan bir neçə saat əvvəl hesabında “Ümid edirəm qəzaya düşmərəm, çünki kask taxmıram” sözlərini paylaşmışdı. Bu son paylaşım ölümündən sonra geniş müzakirəyə səbəb olub.
Medianews.az


