Medianews.az
Məşhur aşpazın restoranına
231 baxış

Məşhur aşpazın restoranına silahlı hücum edildi - VİDEO

Türkiyədə MasterChef qalibi, məşhur aşpaz Serhat Doğramacının yeni açılan hamburger restoranı gecə saatlarında naməlum şəxslər tərəfindən atəşə tutulub.

Medianews.az xəbər verir ki, insident İstanbulun Beylikdüzü rayonunda baş verib.

Eyni vaxta onun ortaq­larına məxsus olan yaxınlıqdakı kafe də hədəf alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki obyektə ciddi maddi ziyan dəyib.

Məlumata görə, hücumdan əvvəl xarici ölkədən sahibkarlar zəng edərək onlardan pul tələb ediblər. Polis hadisəni şantaj və təhdid hadisəsi kimi araşdırır.

Hadisə ilə bağlı istintaq davam edir.

Medianews.az

Bizə qoşulun