Medianews.az
Məşhur aparıcının etirafı hər kəsi
184 baxış

Məşhur aparıcının etirafı hər kəsi təəccübləndirdi

Türkiyəli məşhur aparıcı Burcu Esmersoy bu gün iştirak etdiyi tədbirdə verdiyi açıqlamalarla jurnalistləri və sosial medianı təəccübləndirib.

Medianews.az xəbər verir ki, 49 yaşlı aparıcı, altı ildir EYT sistemi ilə təqaüdə çıxdığını bildirib.

Esmersoy jurnalistlərin suallarını səmimi şəkildə cavablandıraraq, erkən təqaüdə çıxmaqdan məmnunluğunu ifadə edib: "Mən təqaüdə çıxmışam. Hər təqaüdçünün etdiyi şeyləri edirəm".

Daha sonra aparıcı əlavə edib: "Düz altı ildir təqaüddəyəm. Bir qrup dostum var; hamımız EYT tələbələriyik. Erkən təqaüdə çıxdığım üçün çox xoşbəxtəm".

Burcu Esmersoyun hər zaman diqqət çəkən formada görünüşü və bu etirafı qısa müddətdə sosial mediada geniş maraq yaradıb və trend mövzusuna çevrilib.

Medianews.az

Bizə qoşulun