Medianews.az
Məşhur aktyorun dublyor istifadə etməsi sosial mediada
65 baxış

Məşhur aktyorun dublyor istifadə etməsi sosial mediada müzakirə yaratdı - VİDEO

TRT 1-in “Təşkilat” serialında aktyor Tolqa Sarıtaşın ikinci mərtəbədən pəncərədən atılmalı olduğu sadə aksiyon səhnəsində dublör istifadə etməsi sosial mediada geniş reaksiyaya səbəb olub.

Medianews.az xəbər verir ki, dublör Sinan Aktürkün paylaşdığı kameraarxası görüntülər qısa müddətdə viral olub. Video minlərlə şərh toplayıb.

Paylaşımlardan sonra istifadəçilər iki yerə bölünüb. Bir qisim aksiyon səhnələrində dublörün olmasını normal hesab edib. Digərləri bu səhnənin “çox sadə” olduğunu, belə bir epizod üçün dublyor istifadə edilməsini qeyri-peşəkar addım kimi dəyərləndiriblər.

Videonu aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.yasemin.com/magazin/haber/3045216-tolga-saritasin-dublor-kullanmasi-sosyal-medyada-gundem-oldu

Medianews.az

Bizə qoşulun