"Yeşilçam"ın tanınmış aktrisası Aydan Şener atasını itirib.
Medianews.az xəbər verir ki, aktrisanın atası Nezir Şener dünyasını dəyişib.
Aydan Şener kədərli xəbəri sosial media hesabında paylaşaraq yazıb:
"Əziz atam... Mənim yaraşıqlım, ilk sevgim, yol yoldaşım. Əlvida. Məkanın cənnət olsun".
Qeyd edək ki, Aydan Şener "Çalıkuşu" serialında canlandırdığı "Fəridə" obrazı ilə məşhurluqqazanıb.
Medianews.az
