Medianews.az
Məşhur aktrisaya
71 baxış

Məşhur aktrisaya həbs tələbi

İstanbul Cumhuriyyət Baş Prokurorluğu aktrisa və aparıcı Meral Kaplana məxsus Beşiktaşdakı terapiya mərkəzi ilə bağlı istintaq başladıb.

Medianews.az xəbər verir ki, ilkin məlumata görə, mərkəzdə biorezonans adlı prosedurun icazəsi olmayan şəxslər tərəfindən aparıldığı iddia edilir.

Prokurorluğun hazırladığı ittiham aktında Meral Kaplan, onun asistenti Azra Bolkar və köməkçisi Bahar Uysal şübhəli kimi göstərilir. Onlar Sağlamlıq Xidmətləri Haqqında Qanun və Tababət Qanununa zidd fəaliyyətə görə ittiham olunur. M.Kaplan haqqında 3 ilədək həbs tələbi irəli sürülüb.

Məhkəmədə M.Kaplan ittihamları qəbul etməyib. İstifadə edilən cihazın “tibbi avadanlıq” olmadığını, biorezonansın xüsusi ixtisas tələb etmədiyini bildirib. Digər iki əməkdaş isə yalnız rəsmi müqavilə ilə asistent kimi çalışdıqlarını deyib.

Prokuror M.Kaplanın proseduru guya Səhiyyə Nazirliyinin icazəsi ilə etdiyini deməsindən sonra, mərkəzin iş yeri lisenziya və fəaliyyət tarixi ilə bağlı əlavə araşdırma aparılmasını tələb edib.

Medianews.az

Bizə qoşulun