Medianews.az
Məşhur aktrisanın ikinci ayağı da
283 baxış

Məşhur aktrisanın ikinci ayağı da amputasiya edildi

Netflix layihələrindəki rolları və “Məşhur xainlər” proqramı ilə tanınan irlandiyalı aktrisa Rut Kodd ikinci ayağının amputasiya olunmasından sonra reabilitasiya prosesində olduğunu açıqlayıb.

Medianews.az xəbər verir ki, o, xəbəri TikTok-da paylaşdığı videoda verib və yeni təkərli arabasını zarafatla “Şişman Toni” adlandırıb.

29 yaşlı Kodd əməliyyatın dizaltı amputasiya olduğunu bildirib. Hazırda İrlandiyada ailəsinin evində qalır. Çünki əvvəl çəkiliş etdiyi üst mərtəbəyə qalxa bilmir.

Koddun uzun illər davam edən sağlamlıq problemi gənclikdə futbol oynayarkən yaşadığı zədədən başlayıb. O, altı il əvvəl ilk amputasiyanı keçirib. 2021-ci ildə isə çarpaz ağrılar və ağırlaşmalar səbəbindən ayaq barmaqları da kəsilib. Aktrisa həkimlərin ona “ayağının heç vaxt tam sağalmayacağı”nı dediyini bildirib.

Məşhur aktrisa yarasının sağalması üçün ən azı bir aya ehtiyacı olduğunu, sonra protez istifadə edə biləcəyini deyib. Bu müddətdə təkərli arabadan istifadə etdiyini və vəziyyətə pozitiv yanaşmağa çalışdığını bildirib.

Rut Kodd pandemiya dövründə TikTok-da paylaşdığı videolarla məşhurlaşıb. Daha sonra “Gece yarısı kulübü” və “Usher evinin çöküşü” kimi Netflix seriallarında rol alaraq tanınıb.

Aktrisanın pozitiv mövqeyi onun hədəflərindən geri çəkilmədiyini göstərir. O, 2026 Paralimpik Oyunları ilə bağlı etdiyi paylaşımda gələcəyə inamını və başqalarına ilham vermək istəyini vurğulayıb.

Medianews.az

 

Bizə qoşulun