Mərakeşin Fəs şəhərində iki yaşayış binası çöküb.
Qafqazinfo xəbər verir ki, Əl-Müstəqbəl rayonunda baş vermiş hadisə nəticəsində azı 19 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Həmin iki binada səkkiz ailənin yaşadığı bildirilib.
Hazırda dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Çökən binaların ətrafı mühafizə altına alınıb, qonşu binaların sakinləri isə təxliyə ediliblər.


