Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimli barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
Təqdimat təmin edilib, M.İbrahimli barəsində iki ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.İbrahimliyə Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, M.İbrahimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.