Medianews.az
Məleykə Abbaszadə: "Aqronomları, baytarları Türkiyədən gətirib 10-15 min manat maaş verirlər"
60 baxış

Məleykə Abbaszadə: "Aqronomları, baytarları Türkiyədən gətirib 10-15 min manat maaş verirlər"

"Kənd təsərrüfatı, ekologiya və bəzi sahələrdə yeni ixtisaslar yaranacaq. Bu sahələr çox sürətlə inkişaf edir".

Bu fikirləri Oxu.Az-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O, sözlərinə belə davam edib:

"Vaxtilə mən tətbiqi riyaziyyatı seçəndə deyirdilər ki, "qız hara, riyaziyyat hara, bu peşə deyil". Bu fikirlər cəmiyyətdə həmişə olub".

Sədr əlavə edib ki, kənd təsərrüfatına, ekologiyaya aid olan ixtisaslar üzrə real mütəxəssislər lazımdır:

"İndi 150 balla aqronomluğa qəbul olub, dörd ili elə-belə keçirib, ortalığa diplomla çıxan insan əmək bazarında ola bilsin ki, özünə iş tapmasın. Lakin hazırda aqronomlara, baytarlara çox ehtiyac var. Həmin mütəxəssisləri Türkiyədən gətirib 10-15 min manat maaş verirlər. Çünki onlar mütəxəssisdirlər. Qeyd etdiyimiz ixtisaslara yüksəkballı uşaq seçim edərək getməlidir. Tədris prosesi elə qurulmalıdır ki, uşaqları müasir texnologiyalarla tanış etsinlər. Nəzəriyyə ciddi tədris olunmalıdır. Belə olan halda həmin məzun özünə iş tapacaq".

Bizə qoşulun