İranın sabiq prezidenti Məhəmməd Xatəmi Tehrandakı xəstəxanaya yerləşdirilib
Medianews.az Modern.az-a istinadən xəbər verir ki, bir qrup siyasi və mədəniyyət xadimi onu ziyarət edib.
Belə ki, ziyarətin ən çox danışılan detalı nə sağlamlıq durumu, nə də qonaqların siyahısı olub – əsas məsələ Xatəminin çəhrayı xəstəxana geyimi olub.
Sabiq prezidentin geyimi sosial mediada gündəmə və müzakirələrə səbəb olub.
Qeyd edək ki, Məhəmməd Xatəmi 1997–2005-ci illə İranın prezidenti olub.


