Medianews.az
Mehdiyev işi ağırlaşır -
562 baxış

Mehdiyev işi ağırlaşır - Yeni ittiham veriləcəyi gözlənir

Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə yenilik var.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, “Ramiz Mehdiyev işi”nə AMEA-nın vitse-prezidentləri də cəlb olunub.

Məlumatda bildirilir ki, Ramiz Mehdiyevə qarşı verilən ittihamlara biri də əlavə ediləcək. Buna səbəb isə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə korrupsiya halları barədə müraciətlərin istintaq orqanına daxil olmasıdır.

Araşdırmalar nəticəsində Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi üzrə ittiham elan olunacağı gözlənilir.

Məlumata görə, AMEA-nın prezidenti İsa Həbibəyli, vitse-prezidentlər Dilqəm Tağıyev və İradə Hüseynova, həmçinin akademiyanın İşlər İdarəsinin rəhbəri Elton Quliyev “Ramiz Mehdiyev işi” üzrə dindiriləcək.

Qeyd edək ki, hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada (Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri) təqsirləndirilən Ramiz Mehdiyev oktyabrın 14-dən ev dustaqlığındadır.

Bizə qoşulun