Medianews.az
Məscid önündə rəqs edən qrup gündəm oldu -
297 baxış

Məscid önündə rəqs edən qrup gündəm oldu - VİDEO

Yunanıstandan İstanbula gələn altı nəfərlik rəqs qrupu Ayasofya məscidinin qarşısında sirtaki oynaması ilə sosial mediada mübahisələrə səbəb olub.

Medianews.az xəbər verir ki, qrupun paylaşımında “Şəhərin müqəddəs torpaqlarında rəqs edirik” ifadəsinin yer alması narazılığı daha da artırıb.

Sosial şəbəkə istifadəçilərinin böyük hissəsi bu addımı tarixi və dini məkana hörmətsizlik kimi qiymətləndirərək “həssaslıqları hədəfləyən provokasiya” adlandırıblar.

Bu paylaşımın Ayasofyanın statusunu yenidən müzakirəyə çıxarmaq və Türkiyənin mədəni-dini dəyərləri üzərindən təhrik yaratmaq məqsədi daşıdığı barədə fikirlər önə çəkilib.

Medianews.az

Bizə qoşulun