Moldova parlamenti MDB ölkələrinin vətəndaşlarına vizasız səfər imkanı verən sazişin denonsasiyasını birinci oxunuşda qəbul edib.
Milli.Az xəbər verir ki, parlament sədri İqor Qrosu bildirib ki, noyabrın 12-də hökumət MDB çərçivəsində imzalanmış yeddi sazişi, o cümlədən vətəndaşların Moldovada 90 günədək vizasız qalmasına imkan verən sənədi ləğv edib.
Qeyd olunur ki, 9 oktyabr 1992-ci ildə Bişkekdə imzalanmış bu saziş Tacikistan və Qırğızıstan istisna olmaqla, digər MDB ölkələri ilə artıq ikitərəfli vizasız rejimlərlə əvəzlənib.