Medianews.az
Mbappeni heç kim durdura bilmədi -
210 baxış

Mbappeni heç kim durdura bilmədi - VİDEO

İspaniya La Liqasının 19-cu turunda “Real Madrid” səfərdə “Atletik Bilbao”nun qonağı olub.

Medianews.az xəbər verir ki, “San Mames”də keçirilən qarşılaşma Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ulduzu Kilian Mbappe olub. Fransalı hücumçu 7-ci və 59-cu dəqiqələrdə vurduğu qollarla dubla imza atıb və 2025 mövsümündəki qol sayını 62-yə çatdırıb. Komandanın digər qolunu isə 42-ci dəqiqədə Eduardo Kamavinqa vurub.

Türkiyə millisinin futbolçusu Arda Güler oyuna sonradan daxil olub və 69-cu dəqiqədə Kamavinqanı əvəz edib.

Bu qələbə ilə “Real Madrid” üç oyun davam edən heç-heçə seriyasına son qoyaraq xalını 36-ya yüksəldib. “Atletik Bilbao” isə 20 xalla yerində qalıb.

Növbəti turda Madrid klubu “Selta Viqo”nu qəbul edəcək. “Atletik Bilbao” isə doğma meydanda “Atletiko Madrid”lə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun